Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xərçəngdən daha təhlükəli beş ölümcül xəstəlik hansıdır?

Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.

Bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır.

Bunlardan biri Creutzfeldt – Jakob və ya “dəli inək” xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.

İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.

Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.

“Federal Xəbər Agentliyi” bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.

Digər ölümcül xəstəlik Marburg hemorraq qızdırmasıdır ki, başqa adı “yaşıl meymun xəstəliyi”dir. İnfeksiya bədənə açıq yara və selikli qişa vasitəsilə daxil olur. Xəstənin temperaturu kəskin şəkildə yüksəlir, bir neçə gün sonra qarnı ağrıyır və ikinci həftədə xəstə infeksiyadan, toksik şokdan ölür.

“Top 5-liy”i irsi “proqressiv fibrodisploziya” xəstəliyi bağlayır ki, onun da nəticəsində əzələlərin, bağların və vətərlərin sümükləşməsi baş verir. Zaman keçdikcə sümükləşmələr dəri üzərindən də görünməyə başlayır və nə əməliyyat, nə də müalicə nəticə verir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »