Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ rusiyalı deputatlara viza vermədi

ABŞ hökuməti Rusiya Federasiya Şurasının 10 üzvünə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmələri üçün viza verməyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov və digər 9 nəfər ABŞ-a səfər edə bilməyib. Bu barədə Kosaçov məlumat verib.

O qeyd edib ki, adı ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olmasına baxmayaraq, Rusiya Xarici işlər naziri Sergey Lavrovu müşayiət etmək üçün “Vnukovo-2” hava limanına gəlib. Lakin xoşagəlməz situasiya ilə qarşılaşıb.

“Amerika tərəfi beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini pozaraq rəsmi nümayəndə heyətinin bir sıra üzvləri, o cümlədən mənim viza üçün müraciətimi sənədləşdirməyib”, -deyə senator bildirib.

O, bunu heç bir izahat və bəhanəsi olmayan çirkin hərəkət kimi dəyərləndirib.

XİN rəhbəri Sergey Lavrov bu məsələni ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə müzakirə edəcəyini deyib.

ABŞ səfirliyi Rusiya nümayəndə heyətinin üzvlərinə vizanın verilməməsini xüsusi bir vəziyyət adlandırıb və şərh verməkdən imtina edib.

Son xəbərlər
Bütün xəbərlər »