Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Ca’ Foscari University Office in Baku və United Cultures tərəfindən təşkil olunan “Ca’ Foscari Qısametrajlı Film Festivalı”na ev sahibliyi edəcək
Ca’ Foscari Qısametrajlı Film Festivalı (SFF; italyan dilində "Lo Short" kimi tanınır) 2011-ci ildə Venesiyada Ca' Foscari Universitetində açılmış beynəlxalq qısametrajlı film festivalı və universitet tələbələri tərəfindən təşkil edilmiş və idarə olunan ilk bu qəbildən Avropa tədbiridir.

Mütəxəssislər və müəllimlər komandasının rəhbərliyi altında tələbələr festivalın filmlərin seçilməsindən milli və beynəlxalq mətbuatda işıqlandırmanın idarə olunmasına, kataloqun hazırlanmasından logistika tədbirlərinin koordinasiyasına qədər bütün aspektlərini planlaşdırır və onlara nəzarət edirlər.

Hər il festival üçün dünyanın hər yerindən kino məktəbləri tələbələrinin lentə aldığı 30 qısametrajlı filmlər seçilir və beynəlxalq kino səhnəsinin nümayəndələrinin daxil olduğu ixtisaslı münsiflər heyətinin müzakirəsinə təqdim olunur.

Qısametrajlı film festivalının açılışını festivalın Baş direktoru və 2013-cü ildən başlayaraq Bədii rəhbəri, Ca' Foscari Universitetində film, fotoqrafiya və tənqid tarixindən dərs deyən dosent Mariya Roberta Novielli edəcək. Bundan başqa, Azərbaycanın kinoşünas tələbələrinin də tanınmasına şərait yaratmaq üçün bu il festivalda iştirak edən 30 beynəlxalq filmdən ibarət topluya onların lentə aldığı seçilmiş qısametrajlı filmlər də daxil ediləcək.

Festival Mədəniyyət Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İtaliyanın Bakıdakı Səfirliyi, Nizami Kino Mərkəzi, ADA Universiteti, Landmark və DokuBaku-nun dəstəyi ilə Ca' Foscari Universitetinin Bakıdakı nümayəndəliyi və United Cultures tərəfindən təşkil olunur

Son xəbərlər
Bütün xəbərlər »