Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan ABŞ yəhudiləri ilə görüşdü - Video

BMT Baş Məclisinin 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-da olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, oradakı yəhudi təşkilatlarının nümayəndələri və Nyu-Yorkdakı yəhudi icması ilə görüşüb.

Bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, görüş Nyu-Yorkdakı Peninsula otelində, mətbuata qapalı keçirilib.

Görüşdə Türkiyənin maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekjan, Prezident Administrasiyasının rabitə şöbəsinin müdiri Fəxrəttin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın, eləcə də Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri iştirak ediblər.

Nyu-Yorka işgüzar səfəri çərçivəsində Ərdoğanın ABŞ Prezidenti Donald Tramp ilə də görüşəcəyi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »