Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Baş Naziri blogger oldu

Ukraynanın Baş Naziri Aleksey Qonçaruk "Çaşka premyera" adlanan bloglar çəkməyə başlayıb.

Bizimyol.info Rusiya KİV-nə istinadən xəbər verir ki, verilişinin ilk hissəsini o, facebook rəsmi səhifəsində paylaşıb.

Qonçarukun sözlərinə görə, bu tip qısa videoları o, həftənin bazar günləri paylaşacaq. İlk bloqunda Qonçaruk ukraynalılara, həftə ərzində baş verənlərdən danışacağına söz verib.

O, həmçinin, ötən həftə hökümətin Ali Radaya 2020-ci ilin dövlət büdçəsi haqda qanun layihəsi təqdim etdiyini bildirib. Qonçarukun sözlərinə görə, ölkədə həm də yeni sayt istifadəyə veriləcək. Sözügedən saytda vakansiyalar paylaşılacaq.

Qeyd edək ki, sonda, Qonçaruk izləyicilərinə onların rəylərdə verəcəyi sualları cavablandıracağına söz verib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »