Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soda və limon qarışığının möcüzəvi faydası
Soda və limon qarışığı bir çox xəstəliyin müalicəsində müsbət təsir göstərir.

Publika.az oxucuları limon suyu ilə qarışdırılmış sodanın faydaları ilə tanış edib.

Soda və limon suyu qarışığının tərkibində insan orqanizmi qorumağa qadir olan, müxtəlif xəstəliklərdən qoruyan çoxlu faydalı maddələr, minerallar və mikroelementlər var. Belə məhsullar dərman deyil, onlar yalnız orqanizmin sağlamlığını dəstəkləməyə kömək edir və immuniteti gücləndirir.

Qida sodası ilə limon qarışığı orqanizmə mikroblarla mübarizədə kömək edir, həmçinin onkoloji xəstəliklərin profilaktikası üçün faydalı vasitədir. Soda və limon müalicəsinin əsas pərəstişkarlarından biri professor İvan Pavloviç Neumıvakin tədqiq edib ki, qeyri-ənənəvi təbabət sahəsində limon və soda sayəsində minlərlə insanın ağır xəstəliklərə yoluxmasının qarşısını alıblar.

"İnsan təbiətlə harmoniyada yaşamalı və ona bəxş edilənlərdən məharətlə istifadə etməlidir” , - deyə professor bildirib.

Orqanizmdə olan zəhərləri və şlakları təmizləyirBir stəkan su, bir dilim limon və soda immuniteti möhkəmləndirir və bədəni enerji ilə təmin edir. Antioksidantlar içkini zənginləşdirir və bədəni təmizləmək üçün onu əla vasitəyə çevirir. Bu içki artıq çəki ilə mübarizədə etibarlı məhsuldur.

Turşu-qələvi balansını normallaşdırır

Turşu qələvi balansının pozulması kəskin və xroniki xəstəliklərin əsas səbəbidir. Limon və soda orqanizmin turşu-qələvi balansını normada saxlamağa qadirdir. Turş mühit müxtəlif infeksiyaların inkişafı üçün əlverişli deyil, odur ki, soda ilə limon orqanizm üçün çox xeyirlidir.

Həzm prosesini yaxşılaşdırır

Limon və qida sodasının vəhdəti mədə turşuluğuyla ən yaxşı mübarizə üsullarından biridir. Bu vasitə bağırsaq qazlarının yığılması və nədə qıcqırmasından xilas olmağa kömək edir. Limon turşusu böyrək daşlarını əridir, qaraciyərin sağlamlığına müsbət təsir, həmçinin dispeptik hallara qarşı mübarizə aparır.

Qanda xolesterinin səviyyəsini tənzimləyir

Qanda "pis" xolesterinin səviyyəsini tənzimləmək qabiliyyəti bu qarışığın daha bir faydalı xüsusiyyətidir. Bir stəkan limon və sodalı su ciddi xəstəliklərin yaranmasının qarşısını alacaq, ürək-damar sistemi, ateroskleroz və hipertoniya üçün əla profilaktika olacaq.

Hazırlanması və istifadəsi

Belə faydalı və ucuz vasitəni hazırlamaq çox asandır! Bir stəkan ilıq suya bir çay qaşığı soda və yarım limon şirəsi əlavə edin. Onu səhər yeməyindən əvvəl için.

Son xəbərlər
Bütün xəbərlər »