Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Dünya oğru qanunları ilə idarə olunur” - Video

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Sovet İttifaqının süqutundan sonra bir çox xalqlar üstəqillik naminə müxtəlif şüarlar səsləndirirdilər. Gürcülər “Gürcüstan yalnız gürcülər üçün”, ermənilər “Torpaqlar birləşdirilsin”, azərbaycanlılar “ Azadlıq” şüarı ilə meydanlara çıxdılar.

Hər üç xalq müəyyən mənada arzusuna çatdı. Amma heç biri bu arzunun reallaşamsından məmnun qalmadı. 30 ilə yaxın vaxt keçib, azərbaycanlılar hələ də “ azadlıq” deyirlər. Axı nədir bu azadlıq? Azadlıq əslində çox qeyri-adi, ülvi və bakirə məvhumdur. Bu fikirləri Bizimyol.info saytına verdiyi müsahibədə araşdırmaçı politoloq Fuad Hilalov səsləndirib. Müsahibə zamanı çox maraqlı məqamlara toxunan politoloq qeyd edib ki, müasir dünya oğru qanunları ilə idarə olunur. Dünya ölkələri arasında da “vor zakonlar”, “odinoçkalar”, borzolar var. Bu aləmdə doğrulara düzlərə lox deyirlər. Bu anlamda cəza verici qüvvə NATO, sxodka isə beynəlxalq valyuta fondudur. Araşdırmaçının sözlərinə görə, dünyanı bürüyən qlobal böhrab başa çatmayıb, sadəcə nisbi sakitlik dövrü yaşayır. “Və əgər insan dünyanı və özünü məhv etmək uğrunda bu sürətlə addımlayarsa Hollivudun fantazi janrlarında çəkdiyi filmlər gerçək olacaq . Biz tərəqqi etdikcə tənəzzülə uğrayıb keçmişə qayıdacağıq. Kapitalizm məhvə məhkumdur. Bəs dünyanın sonu necə olacaq? Ümid edirəm ki dəhşətli notlarla bitmərik, lakin bir yanda tox və əsasən də yaşlı əhalidən ibarət aristokrat Avropa, digər yanda Avropanın gözəlliklərini, sərvətini görüb həvəslənən ac, lakin gənc , güclü qaçqın və köçüknlərdən ibarət miqrant axını. Dünya partlamağa hazır bombanın üzərində oturub. Amma ümid edirəm ki bu qorxunc ssenasini idarə edən ali varlıq Allah buna yol verməz”

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »