Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçisi: "Pulu olan qadınlar ərlərindən boşanırlar"

Ərindən boşanan qadınların çoxusu iqtisadi gücü olan, əlinə pul keçən qadınlardır.Qadının sərbəst olması, işləməsi, ayaqda durması bu halların artmasına səbəb olub.

Bu sözləri Bizimyol.info saytına verdiyi müsahibədə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. “Əvvəllər belə şey yox idi. Qadın əziyyət çəksə də, dözürdü, ailəsini dağıtmırdı. Qadınlar işləməyə başlayandan boşanma hallarının sayı artıb. Çünki qadının artıq iqtisadi gücü var. O özü – özünü qoruya bilir, müdafiə edir. Cəmiyyət dəyişib. Əvvəllər polis nə olduğunu bilməyən qadınlar indi ərlərindən polisə şikayətə gedirlər ki, ərim məni döyür. Ölkədə keçirdiyimiz monitorinqlər belə deməyə əsas verir”,- deyə hüquq müdafiəçisi bildirib.

Novella Cəfəroğlu

Qadınların iqtisadi müstəqillik əldə etməsinin yaxşı və ya pis cəhətləri barədə sualı cavablandıran Novella Cəfəoğlu bildirb ki, məsələnin pis tərəfi odur ki ailə dağılır. “Mən buna yaxşı baxmıram. Türk dünyasında qadın həmişə kişiyə dayaq olub.Kişlərin əlinin altında deyi, onunla çiyin- çiyinə dayanıb. İqtisadi problemləri əsas gətirərk, ailə dağıtmaq doğru deyil.” “Dünən görürəm Aygün Kazımova bir yararsız konsert verir, millət də az qalır baş yarsın. Ora gedən camaat fond düzəldib az təminatlı ailələrə yardım etsələr daha yaxşı olmazdımı?”.

Son günlər AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının ailəsində yaranmış və gündəmə çevrilmiş məsələyə toxunan hüququ müdafiəçisi birmənalı şəkidə əzilən tərəfin -Zümrüd xanımla Selcanın tərəfində olduğunu söyləyib: “ Biz tam olaraq bilmirik, nələr baş verib. Amma biz əzilən tərəfin, Fuadın xanımı ilə qızının tərəfindəyik. Mən bu məsələnin ictimaiyyətə siyasi baxışlarla tədimatından narazıyam. Mən Fuadın gününə ağlayıram. Bu qadınların ikisi də Fuadın ailəsinin qadınlarıdır. Onları barışdırmaq əvəzinə belə tirajlamağı düzgün hesab etmirəm. Kişi qadına əl qaldırmaz. Amma bu məsələdə tərəflərin ikisi də uduzdular”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »