Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdəki jurnalist aclıq aksiyasına başlayıb

Həbsdə olan jurnalist Əfqan Muxtarlının iki gündür ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir. Jurnalist addımını onunla görüşə gələn vəkili Nemət Kərimliyə müəssisədə zor tətbiq edilməsi ilə əlaqələndirib.

Bizimyol.info xəbər verir ki, Nemət Kərimli sentyabrın 20-də 16 saylı Cəzaçəkmə Müəssisəsində kobudluqla üzləşdiyini bildirmişdi. Vəkilin bildirdiyinə görə, əvvəlcə onun üzərində qanunsuz axtarış aparıblar. Görüşdən çıxandan sonra qeydlərini oxumaq istəyiblər, etiraz edəndə köynəyinin yaxasından yapışıb divara sıxıblar, çantasını zorla alıblar. Kərimli müəssisədə təxminən 45-50 dəqiqə girov saxlanıldığını söyləmişdi. Bu hadisədən sonra Əfqan Muxtarlı aclıq aksiyasına başladığını bildirmişdi.

Nemət Kərimli Nemət Kərimli

Penitensiar Xidmətdən isə aclıq aksiyası ilə bağlı məlumatsız olduqlarını bildiriblər. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov vəkilin söylədiklərinin inandırıcı olmadığını deyir. O bildirib ki, hər gün çoxlu sayda vəkil penitensiar müəssisələrdə müvəkkilləri ilə görüşür və onlara heç bir problem yaradılmır.

N.Kərimli ilə bağlı məsələyə gəlincə, M.Sadıqov deyib ki, Penitensiar Xidmətə müraciət etsə, məsələ araşdırılar. Vəkil N.Kərimli də Penitensiar Xidmətə şikayət edəcəyini söyləyib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ittihamlarıyla həbs olunub. Lakin o, özünü təqsirli bilmir, yazılarına görə həbs olunduğunu deyir.

Son xəbərlər
Bütün xəbərlər »