Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Afrikalı dəniz quldurları rus gəmiçiləri azad etdilər
2019-09-22_174839

Avqust ayında Kamerun sahillərində dəniz quldurlarına əsir düşən rus dənizçilər azad ediliblər.

REN TV xəbər verir ki, bu barədə Rusiyanın Kamerundakı səfirliyi açıqlama yayıb.

Bildirilib ki, əsirlərin həyat və sağlamlıqları yerindədir.

Hazırda Almaniyada olan dənizçilər yaxın günlərdə Rusiyaya yollanacaqlar.

Bir aydır əsirlikdə olan gəmi ekipajının digər beş üzvü başqa ölkələrdən olublar. Hələlik ancaq rusların, yoxsa bütün əsirlərin azad olunması haqqında dəqiq məlumat verilmir.

Qeyd edək ki, Qərbi Afrika sahillərində quldur dəstələri tez-tez müxtəlif ölkələrin gəmilərinə hücum edərək onları ələ keçirirlər. (Oxu.az)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
››› 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »