Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın Səhiyyə Naziri: "Əhali yaşlanır, onlara baxacaq tibb bacılari isə çox azdır"
185224xest--00

Almaniyanın Səhiyyə Nazirliyi işçi qəbulu elan edib.

Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya xəstəxanalarında tibb bacıları tələb olunur.

Almaniyanın Səhiyyə Naziri Yens Şpan Meksikaya rəsmi səfəri zamanı, ölkəsinin işçilərə ehtiyyacı olduğunu bildirib: "Ölkəmizdə tibb bacısı vəsifəsinə təhsilli gənclər tələb olunur. Əhali yaşlanır, onlara baxacaq tibb bacıları isə çox azdır. Bizə xaricdən gələn gənclər lazımdır. Bu məsələylə bağlı başqa ölkələrlə əməkdaşlıq etməyi planlaşdırılıq. Biz artıq Kosovo və Filippinlə əməkdaşlıq edirik. Bu sıraya Meksikanın da qatılmasını istəyirik".

Şpan həmçinin Avropaya kadr göndərilməsinin asandlaşdırılması üzrə paytaxt Mexikoda razılaşma imzalayıb.

Qeyd edək ki, Almaniya Meksikaya, orada əhalinin əksəriyyətini gənclər təşkil etdiyi üçün müraciət edib. Orada tibb universitetlərini bitirən tələbələr işsiz qalır. Almaniya və Meksikanın əməkdaşlıq layihəsi isə bu problemi aradan qaldırmağa köməklik edəcək.

Adelya

Bizimyol.info

Paylaş »
››› Trampın təhdidinə Ankaradan tarixi cavab
››› Terrorçuların qoyub qaçdığı 280 min dollarlıq ABŞ texnikası: Türk əsgərləri ələ keçirdilər - Fotolar
››› Türkiyəyə silah satışını dayandıracağını elan edən ölkələrin sayı 5-ə çatıb
››› “Türk ordusu ilə bərabər döyüşlərə qatılmaq istəyirik” - Bakıda möhtəşəm aksiya - Foto
››› "Azərbaycanda benzinin qiymət artımı qaçılmaz olacaq" - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »