Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
Gülgün Əmiraslanlı

Xəbər verdiyimiz kimi, sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

"Qafqazinfo" qəzanı törədən şəxslə bağlı bir sıra məlumatlar əldə edib.

Məsələ burasındadır ki, Ramal Məmmədovun qəzanı törətdiyi maşınla təhlükəli manevrlər etməsiylə bağlı videolar da mövcuddur. O, məhz həmin gecə qırmızı işıqda keçərək məlum hadisəni törədib. Xoşbəxtlikdən hadisənin baş verdiyi an piyada keçidinin üzərində olan daha iki nəfər xəsarət almadan qəzadan yayına biliblər. Əslən Lənkərandan olan 28 yaşlı Məmmədov, "Kapital Bank"da çalışıb.

Ramal Məmmədov

Mərhuma gəlincə, 2016-cı ildə Bakı Slavyan Universitetinin məzunu olan Gülgün Əmiraslanlı ali məktəbi bitirdikdən sonra özünü təkmilləşdirmək üçün fərqli zamanlarda ABŞ-da kurslar keçib. O, Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da çalışıb. Bir il öncə işə başlayan Əmiraslanlı, hadisənin baş verdiyi vaxt işdən qayıdırmış. Əldə etdiyimiz məlumata görə, Gülgün avtobusdan düşən zaman evdəkilərə zəng edərək, 5 dəqiqəyə çatacağını deyib.

Gülgüngil ailədə iki bacı, bir qardaş olublar. Əmiraslanlı özü isə subay imiş.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən Ramal Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »