Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
2019-01-22_225031

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zöhrab Mnatsakanyan, Ermənistan və Azərbaycan liderlərinin Qarabağ məsələsi ilə bağlı mümkün görüşü barədə danışmağın tez olduğunu söyləyib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Bundan əvvəl Xarici İşlər Nazirliyi Mnatsakanyanın sentyabrın 23-də Nyu Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirəcəyini bildirmişdi.

"Dövlət başçılarının görüşünə gəlincə... Hələ tələsməyə dəyməz. İndi bu görüşə (Xarici İşlər nazirlərinin Nyu-Yorkdakı görüşü-red.) köklənmişik və bundan sonra hansı addımın atılacağını görəcəyik. Bu mərhələdən keçmək, sonra nəyisə planlaşdırmaq çox vacibdir Növbəti addımı - dövlət başçılarının görüşünü gördüyümüzü söyləmək tez olardı",-deyə Mnatsakanyan jurnalistlərə bildirib.(virtualaz.org)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
››› 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »