Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" ölkədə müşahidə olunan kəskin havaya görə gücləndirilmiş rejimə keçib
Tanrıverdi  Mustafayev

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bizimyol.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib: “Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-materila, maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib:

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Akstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.

T.Mustafayevin istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaydığı son məlumata görə, güclü Şimal-Qərb küləyi müşahidə ediləcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.

Paylaş »
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Sünnət toyunda əxlaqsız rəqsə görə rəqqasələrə və uşağın ailəsinə cinayət işi açıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
Son xəbərlər
Bütün xəbərlər »