Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzu Ukraynada dəfn olunmasını istəyir

Məşhur amerikalı aktyor Mikki Rurk postsovet məkanında dəfn olunmaq arzusundadır. Hollivud ulduzu konkret yer də müəyyənləşdirib.

Bizimyol.info xəbər verir ki, Mikki Rurk Ukraynada dəfn olunmasını istəyir. O, qəbrinin Xmelnitsk vilayətinin Zaqortsı kəndində yer almasını indidən vəsiyyət edib.

Niyə məhz Ukrayna? Mikki Rurk buna aydınlıq gətirib. Məşhur aktyorun köməkçisi ukraynalıdır. Dmitri Korneyçuk ona Ukrayna haqda çox danışıb. Köməkçisinin babası məhz Zaqortsıda dəfn olunub. Həmin yerlər Rurka çox səfalı təsir bağışlayıb. Ona görə də belə qərara gəlib.

Mikki Rurk daha çox “9,5 həftə” filmi ilə məşhurlaşıb. “Vəhşi orxideya” da ona şöhrət gətirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »