Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quşlar kütləvi şəkildə qırılmağa başlayıb

Şimali Amerikada 1970-ci ildən bəri 3 milyarda yaxın quş tələf olub. ABŞ elm adamlarının araşdırmasına görə, materikdəki ümumi quş sayının 30 faizi sıradan çıxıb.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər Kanada və ABŞ-da yuva salan quşların 420 növünün illik yaz siyahıyaalmasının araşdırmasına əsaslanaraq belə nəticələr ortaya çıxarıblar.

Beləliklə, ən çox yayılmış 19 quş növü arasında, xüsusilə sərçələr, ispinozlar, qaratoyuqlar arasında azalma müşahidə edilib. Bu quşlar 49 il ərzində 50 milyon azalıb.

Sahə quşlarının sayı 53% azalma olub: 31 növdən 700 milyon quş yoxa çıxıb.

Mütəxəssislər hesab edir ki, populyasiyanın azalmasına səbəb planetdə baş verən iqlim dəyişikliyi, həmçinin, quşların təbii yaşayış yerlərinin sıradan çıxmasıdır.

Son xəbərlər
Bütün xəbərlər »