Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün qəhrəmanları ölən aktyor üsyan etdi: “Daha məni öldürməyin”

İngilis aktyor Şon Bin canlandırdığı obrazların filmlərdə ölməsindən bezib. O, rejissorlara müraciət edərək daha qəhrəmanlarının ölməsini istəmədiyini deyib.

Bizimyol.info xəbər verir ki, Şon Bin canlandırdığı obrazların məhv edilməsinə qarşı çıxıb. O, sosial mediadakı açıqlamasında “daha məni öldürməyin” ifadəsini işlədib.

Şon Bin 1959-cu ildə Böyük Britaniyanın Şeffild şəhərində dünyaya gəlib. İndiyə qədər rol aldığı filmlərdə 23 qəhrəmanı öldürülüb. Binin dediyinə görə, iş elə yerə çatıb ki, tamaşaçılar onun rollarına ciddi yanaşmamağa başlayıb, “onsuz da axırda öləcək” münasibəti göstərirlər.

Şon Bin “Üzüklərin əfəndisi” (Lord of the Rings) serialındakı Boromir obrazı ilə məşhurlaşmışdı. Ona “Taxt-tac oyunları”ndakı (Game of Thrones) aktyor işi də az şöhrət gətirməmişdi.

Son xəbərlər
Bütün xəbərlər »