Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanda toylarla bağlı qadağa: Toya 200 nəfərdən artıq adam çağırmaq olmaz

Özbəkistan parlamenti toy və təntənəli mərasimlərin keçirilməsi ilə bağlı qaydalar müəyyənləşdirib. Ən çox diqqət çəkən məsələlərdən biri odur ki, toya 200 nəfərdən çox adam dəvət etmək qadağan olunub.

Bizimyol.info xəbər verir ki, yeni qaydalara görə, Özbəkistanda ailə mərasimləri səhər saat 6-dan 23.00-a qədər keçirilməlidir. Mərasim bir neçə gün davam edə bilməz. Yalnız plov dəmləmə ritualı istisna təşkil edir.

Plov toya dəvət edilənlərin sayında müəyyən artıma imkan verir. Yəni plov olacaqsa, toya 250 nəfər çağırmağa icazə var. Qız və oğlan toyları birlikdə keçiriləndə də ümumi say 50 nəfər arta bilər.

Toyda avtomobil karvanlarının da qarşısını alınır. Gəlin maşınını uzağı üç avtomobil müşayiət edə bilər. Biri musiqiçilərin maşını olmaq şərtilə.

Parlamentdə ailə mərasimləri zamanı israfa yol verilməsi ilə bağlı müzakirələrdən sonra belə qaydalar müəyyən olunub. Deputatlar gileylənirmiş ki, əhali toylara görə böyük borclara girir.

Qanun pozuntusuna görə cərimələr də elan olunub. Sıravi adamları 2000 somoni (təxminən 200 dollar), məmurları 5000 somoni (təxminən 515 dollar), hüquqi şəxsləri isə 10000 somoni (təxminən 1000 dollar) cərimə gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »