Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blogerin resepti ilə popkorn hazırlamaq istədi, canından oldu

Blogerin resepti ilə popkorn hazırlamaq istəyən qız ağır xəsarətlər alaraq dünyasını dəyişib.

Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, qızın 14 yaşı olub. O, 12 yaşlı rəfiqəsiylə, qeyri-adi yemək hazırlama üsülları ilə 7 milyondan çox izləyici kütləsinə sahib olan "Ms Yeah"in resepti əsasında popkorn hazırlamaq qərarına gəlib. Həmin video resept 2017-ci ildə yayımlanıb. Görüntülərdə bloger dəmir qabı, altına spirt lampası qoyaraq qızdırıb.

Lakin, qızlar bu reseptə daha bir element əlavə edib - spirtli içki. Onlar qarğıdalı dənələrinin üzərinə spirtli içki töküblər. Spirt lampası dəmir qabı qızdıraraq partladıb və alov qızların geyimlərinə keçərək onların ağır xəsarətlər almasına səbəb olub. Qızların birinin bədəni 96% , digərinin isə 13% yanıb. Rəfiqəsindən daha çox xəsarət alan qız dünyasını dəyişib.

Qeyd edək ki, bloger vəfat edən qızın ailəsinə təzminat ödəyib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »