Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Strateji sənəd” vaxt qazanmağa hesablanıb”
Politoloq Nəzakət Məmmdəova: “Nikol Paşinyanın 2050-ci ilə plan qurmasının heç bir əsası yoxdur”

Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 – Strateji İnkişaf Sənədi ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Beynəxalq maliyyə qurumları və ekspert dairələri bu sənədə şübhə ilə anaşır. Qeyri-real olmadığını deyir. Ermənistan 2050 – Strateji İnkişaf sənədində, Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunmuşdur. Sənəddə ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır. Qeyd edilməlidir ki, Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı, bu günədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub.

Müstəqilliyin ilk illərin tək rəqəmli işsizlik səviyyəsi, sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 % olmuşdur. Bu rəqəmlər rəsmidir, ekspertlər qeyd edirlər ki, real işsizlik səviyyəsinin daha böyükdür. 2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 % olduğunu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır. Miqrasiya dalğası günü gündən genişlənir. Asiya İnkişaf Bankının Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması 2050 Strateji İnkişaf Sənədinin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir. Beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi uman bir dövlətin, 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlər, real vəziyyətlə əlaqəsi olmayan hədəflərdir. Ermənistanı təmin edən ən ciddi mənbə ölkə xaricində yaşayan ermənilərdir. Erməni diasporu və ölkə xaricinə miqrasiya edən işçilərin ölkəyə yolladıqları maliyyə vəsaitləri, onların ailələrinə yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmağa kömək edir.

Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsinin (təxminən 70 %) Rusiyada miqrant olaraq yaşayan ermənilər göndərir.

Bütün bunların fonunda Ermənistanın belə bir iddialı strateji inkişaf sənədi qəbul etməsi nə dərəcədə əsaslı sayıla bilər.

Beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə tanınmış mütəxəssis, politoloq Nəzakət Məmmədova Bizimyol.info-ya açıqlamasında bu məsələni belə şərh edib:

“Ermənistan iqtisadiyyatı olduqca ağır durumdadır. Belə bir şəraitdə 2050-ci ilə bu cür planlar qurmaq Paşinyan hökumətinin həddindən artıq "optimist" olduğunu göstərir. Doğrusu, bu "nikbin" planların nəyə əsaslandığı da məlum deyil. Bu, daha çox psixoloji cəhətdən əhalinin ruh yüksəkliyini artırmağa hesablanmış, işıqlı gələcəyə doğru kommunizm planlarına daha çox bənzəyir, nəinki real iqtisadi əsası olan plana. Ölkə iqtisadiyyatı bərbad vəziyyətdədir, Ermənistan iqtisadiyyatının yarıdan çoxusu kölgə iqtisadiyyatı şəraitindədir, Qarabağ klanına mənsub oliqarxlar iqtisadiyyatda bütün rıçaqları əllərinə alaraq monopoiya yaratmışlar, büdcənin xeyli hissəsi xarici ianələr hesabına doldurulur, əhali, əsasən, Rusiyada, Türkiyədə işləyən qohumlarının göndərdiyi pul sayəsində yaşayır və s. Paşinyanın ölkəyə investisya cəlb etmək təşəbbüsləri boşa çıxıb. Ermənistan Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınaraq, öz işğalçılıq siyasəti sayəsində bütün regional layihələrdən kənarda qalıb. Belə olan halda 2050-ci il planları reallığa uyğun deyil. Bu, iflasa məhkum olunmuş bir layihədir və Paşinyan özü də, komandası da onun həyata keçməyəcəyinin fərqindədir. Paşinyanın özünün hakimiyyətinin nə qədər davam etməsinin sual altında olduğu bir şəraitdə 2050-ci ilə dair belə bir plan, sadəcə, əhalidən dəstək almaq üçün vaxt qazanmağa hesablanmış boş sənəddən başqa bir şey deyil”.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »