Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçı: "Qadının 90 kilometrdən çox maşın sürməsi günahdır"

Türk ilahiyyatçı Nurəddin Yıldız izləyicinin sualına verdiyi cavabla növbəti dəfə gündəmə gəlib.

Bizimyol.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilahiyyatçı "Sosial Doku Vakfı" youtube kanalında yayımlanan videoda qadınların maşın sürməsinin hansı halda günah sayılmasından danışıb.

Yıldız, qadın izləyicisinin "Sürücülük vəsiqəsi alıb maşın sürsəm, günah sayılarmı?" sualına bu cür cavab verib: "Qadınlar maşın sürə bilər. Lakin, bu məsafə 90 kilometrdən çox olmamalıdır. Əks halda günaha batacaqsınız".

Qeyd edək ki, Yıldız daha öncə "6 yaşında uşaqla ailə həyatı qura bilərsiniz" ; "Qadın aparıcını izləmək qadağandır" və s. kimi iddiaları ilə gündəmə gəlib.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »