Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: "Əsrin Müqaviləsi nəyi dəyişdirdi?"
Natiq Cəfərli

“2001-ci ildən bu günə qədər Azərbaycan Dövlət Neft Fonduna "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft hasilatından və satışından 143,37 mlrd. dollar daxil olub. Bundan başqa ABƏŞ (Bp) və SOCAR tərəfindən vergilər şəklində büdcəyə on milyardlarla vəsait daxil olub. Bu illər ərzində Azərbaycan 200 mlrd. dollardan çox vəsait qazanıb. Bəs nə dəyişib? Əslində çox şey dəyişib – bu gün Azərbaycanın mənzərəsi (iqtisadi, sosial, siyasi) məhz Əsrin Müqaviləsinə görə formalaşıb.”

Bizimyol.info xəbər verir ki, bu fikirləri REAL partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli səsləndirib.

“Ölkədə ciddi kəmiyyət dəyişiklikləri baş verib – amma məmləkətdə keyfiyyət dəyişikliyinə keçid olmadı. Böyük təmir-tikinti, investisiya layihələri lazım idimi? Təbii ki, ölkəni yeniləmək lazım idi, amma bu layihələr korrupsiya mərəzinə tutuldu, ayrılan vəsaitlərin böyük bir qismi məmurlar tərəfindən həzm olundu, sonra həmin vəsaitlərin bir hissəsi iqtisadiyyata məmur biznesi kimi daxil olub rəqbəti, iqtisadi və sosial ədaləti məhv etdi. Amma korrupsiya həm də iqtisadi aktivlik yaratdı, yəni bu hökumət iqtisadi canlamanın korrupsiya yolunu seçdi – hər bir orta-iri korrupsioner məmur (öz biznesindən başqa, burada yaradlan iş yürləri ayrı mövzudur) onlarla qeyri-leqal iş yeri açdı, onlarla vətəndaşı ələbaxımlı haqqları olmayan işçiyə çevirib. Sürücülər, bağbanlar, dayələr, aşbazlar, massajistlər, makiyaj ustaları, repititorlar, cangüdənlər və s. – hamısı korrupsiya pulu hesabına dolanmağa başladılar. Korrupsiya çox qəribə şəkildə sistemi yağlayan, çalışmasını saxlayan oyun qaydasına çevrildi.

Neft

Neft pulları dəyişiklik yaratdımı? Təbii ki, məsələn, 4000-dən çox məktəb tikildi, təmir olundu, yeni avadanlıqlarla təhciz edildi – amma bu illər ərzində Ali Məktəblərə keçid balı 3 dəfəyə yaxın aşağı düşdü, yəni, kəmiyyət dəyişikliyi keyfiyyətə keçid etmədi.

Ya da 510-dən çox yeni xəstəxana, diaqnostik mərkəz tikildi, yeni avadanlıqlar alındı – amma hələ də vətəndaşlar normal diaqnozla, müalicə ilə bağlı İrana, Gürcüstana, Türkiyə səfər etməyə məcbur qalıblar – yəni, kəmiyyət dəyişdi, keyfiyyət isə yox.

Və ya nefti-qazı, heç bir resursu olmayan, eyni anda SSRİ-dən çıxan Estoniyada minimum əmək bu il 540 avro – 1000 manatdan çox təşkil edir, bizdə isə hələ təzə 250 manat – 130 avroya çatıb, yəni bizdə sistem bu boyda neft puluna rəğmən keyfiyyət dəyişklikliyinə, rifah dövlətinə keçid edə bilmədi.

Qısası Əsrin Müqaviləsi bizim hamımızın ömründə-günündə mühim rol oynadı, bu gün də oynamağa davam edir. Amma bu qədər potensialı olan məmləkətin hələ də bir “durbadan” asılı qalıb sallanması da həmin müqavilənin neqativ yan təsiridir”.

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »