Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yaponiya imperatoru üçün xüsusi “Toyota” kabrioleti hazırlanır
Toyota

“Toyota” şirkəti Yaponiyanın yeni imperatoru Naruhitonun oktyabrda keçiriləcək tacqoyma mərasimi üçün “Toyota Century” sedanının xüsusi modelini hazırlayıb. Kabrioletdən yalnız bir istehsal ediləcək.

Vesti.ru xəbər verir ki, Yaponiyada “Toyota Century” rusların “Aurus Senat”ı kimi vəzifəli şəxslər və iş adamları üçün nəzərdə tutulmuş bahalı, nüfuzlu və nadir yerli avtomobildir.

Amma sonuncu “Century”nin açıq versiyasını ala bilməyəcəksiniz. Çünki təntənəli kabriolet yalnız mərasim səfərləri üçün nəzərdə tutulub.

2018-ci il modelinin flaqman markası əsasında qurulmuş “Toyota Century” “Japanese Nostalgic Car”a görə, dörd tam qapıya və 5340 mm uzunluğa sahibdir. Avtomobildə hər şey imperatorun davranış və hərəkəti vəziyyətinə uyğun dizayn olunub.

Məlumata görə, istehsalçı hələ layihə ilə bağlı hər hansı texniki məlumat dərc etməyib.

Bu maşın “Century”nin ilk üstü açıq versiyasıdır. Deyilənə görə, sonuncu da ola bilər. Yaponiyanın yeni imperatorunun tacqoyma mərasimi oktyabrın 22-də 190 ölkənin liderlərinin iştirakı ilə baş tutacaq.

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
Son xəbərlər
Bütün xəbərlər »