Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deyirlər “Əsrin müqaviləsi”nin bizə xeyri olmadı”
İlham Şaban: “Bəs əldə etdiyimiz 170 milyard gəlir nə idi?!”

“İndiki dövr olsaydı, bəlkə də bu müqavilə işləyə bilməzdi”

Azərbaycan 1994- cü il, sentyabrın 20 -də beynəlxalq şirkətlərin iştirakı ilə böyük neft sazişinə imza atdı. Bu gün “Əsrin müqaviləsi” adlandırılan həmin sənədin imzalanmasının 25 ili tamam olur. Həmin gün Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.

Bu mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Bizim Yol”- a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

-İlham bəy, Əsrin müqaviləsi" həqiqətən deyildiyi kimi əsrin müqavilısidir, ya bizim üçün əsrin ən böyük sazişidir?"

-Əlbəttə ki, Azərbaycan üçün əsrin müqaviləsi idi. Çünki bu Azərbaycanda” idimi? Yəni ötən əsrdə bundan daha böyük neft sazişi olubmu? Yoxsa bu, yalnız Azərbaycan istər hakimiyyətin , istərsə də cəmiyyətin ümidini bağladığı bir müqavilə idi. Özü də bu müqavilə üzrə danışıqlar Azərbaycan öz müstəqilliyini qazanmamışdan əvvəl başlamışdı.

- Azərbaycan müstəqil olmadan necə danışıqlar aparıb?

- Danışıqlar 18 yanvar 1991-ci ildə SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin və Azərbaycan Nazirlər Kabinetinin 25/25 nömrəli qərarı ilə başlayıb. Yəni qərarda “Azəri” yatağının xarici şirkətlərlə birgə işlənməsi və birgə müəssisə yaradılması nəzərdə tutulmuşdu.

-O zaman əməkdaşlıq forması necə idi?

- O vaxtlar bütün SSRİ məkanında xarici şirkətlərlə əməkdaşlıq forması birgə müəssisə idi və “Azəri” birgə müəssisəsinin yaradılması nəzərdə tutulurdu. Yəni ona görə bütün ümidlər Xəzərin dərinsulu hissəsindəki o yatağın işlənməsinə tuşlanmışdı. Texnologiya və vəsait yox idi. Dünya sənayesi isə böyük kapital tələb edir. Bundan hamı öz gəlirini gözləyirdi. SSRİ dağıldı və bundan sonra artıq Prezident Elçibəy dövründə bu əməkdaşlığın Hasilatın Pay Bölgüsü sazişi çərçivəsində işlənməsi, 1993- cü ildə müqaviləni imzalamaq nəzərdə tutuldu.

-Bu imzalanma 1993-cü ildə niyə baş tutmadı?

- Ölkədəki ictimai siyasi vəziyyət, torpaqlarımızın işğal olunması, hakimiyyət dəyişikliyi, qeyri-stabillik buna imkan vermədi. 1994 -cü il gəlib çatana qədər Azərbaycanın həyatında çətinliklər baş verdi. Torpağımızın 20 faizini itirdik, milyona yaxın qaçqın-köçkün axışıb gəldi. İqtisadiyyatımız bərbad vəziyyətdə idi. İnflyasiya 1994 cü ildə 1763, 5 faiz təşkil edirdi. O vaxt Milli Bankın uçot dərəcəsi 250 faiz idi.

-İlham bəy, bu dövrdə insanların əməkhaqları nə qədər azalmışdı?

- Təxminən 5,7- 6 dəfə azaldılmışdı. Artıq insanların heç bir şeyə ümidi qalmamışdı . Hətta dövlət strukturlarında belə əməkhaqqı 3-5 aylarla verilmirdi. Ona görə də bu müqavilə imzalananda insanların gözündə o elə bil Apollonun əlində gətirdiyi məşəl idi. Yəni əslində o boru kəmərinin - tunelin sonundakı o çıraq ki var, insanlar o çırağa baxıb, ona görə “əsrin müqaviləsi” adını qoydular .

- Dolların məzənnəsində nə dəyişiklik baç verdi?

- 1995 -ci il ildə artıq dolların məzənnəsi , inflyasiya dayandı. 1996 -cı ildə tikinti işlərinin başlanması ilə bağlı ilk dəfə Azərbaycan tarixində . həqiqətən yeni bir dövr açıldı. Gəlirlər gəldikcə, əvvəlcə Bakının, sonra da Azərbaycanın siması dəyişdi. Bu reallıqdan bu gün Neft Fonduna baxsaq, görərik ki, ancaq dövlətə 143,3 milyard dollar dövlətə mənfəət gətirdi.

- Xarici şirkətlər tərəfindən hökümətə nə qədər mənfəət vergisi ödənilirdi?

- Xarici şirkətlər dövlətə 15 milyard dollar mənfəət vergisi ödəyirdi. Dövlət Neft Şirkətinə isə payına düşən mənfəət neftindən 6 milyard dollardan çox mənfəət gəlirdi. “Azəri”- “Çıraq”- “Günəşli” dairəsində Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətləri, Azərbaycan şirkətlərinin işləməsi daha 7 milyard gəlir gətirdi. Toplam olaraq gəlir 170 milyardı keçdi.

- O zaman bu sazişi tənqid edənlər də oldu. Azərbaycanın güzəştə çox getdiyini deyənlər də vardı. Həm də bu mənada soruşdum ki, “Əsrin müqaviləsi” həqiqətən də deyildiyi kimi, əsrin müqaviləsi idimi?

-Əlbəttə. İkinci bir sahəni və belə böyük bir başqa müqaviləni fikrimizə gətirə bilərikmi? 170 milyard gəlir əldsə edəsən və kimsə çıxıb deyə ki, bu müqavilənin bizə xeyri olmadı. Bu, savadsız yanaşmadır.

- “Neft Fondu nəyə lazımdır?” deyənlər də vardı…

- Bəli, bu gün də var.

- Bəlkə bu vəsaitlər düzgün xərclənmədiyi üçün elə deyirlər?

- Baxın, 2020-ci il üçün dövlət büdcəsi proqnozlaşdırılb; 9 milyard manat əməkhaqqı və təqaüd üçün nəzərdə tutulub. Təkcə elə Neft Fondundan büdcəyə köçürmələrin həcmi 11.8 milyard manatdır. O da məlumdur ki, Neft Fonduna gələn gəlirlərin 95 faizi bir layihədən – “Azəri”- “Çıraq”- “Günəşli” layihəsindən gəlir. Ey insanlar, Neft Fondundan pul köçürülməsəydi, siz o vəsaiti ala biləcəkdinizmi?

- O insanlar deyir ki, neftdən bizə pay düşmədi…

- Bax, elə o artırılan maaşları və təqaüdləri kim alırsa, ala bilirsə, deməli, neft gəlirlərindən pay alır.

- Hamı alır?

- Kimlərə verilir o əməkhaqqılar, təqaüdlər? Dil öyrənib, bilik yığıb, bacarıq qazanıb, özünü rəqabətli əmk bazarına hazırlayıb iqtisadiyyata və dövlətə gərəkli olan insanlar alıb bu payı vı almaqda da davam edir. Yəni fəal insanlar. Və onların ailələri. Onlar böyük uğurlar qazanıblar. Özlərinə və dövlətə fayda qazandırıblar. Bunun da əsası “Əəsrin kontraktın”ndan başlayıb. Oxuyub, dil öyrənib, BP-də qazma mühəndisi olub ayda 5-6 min manat alanlar Sovet dönəmində özünü də öldürsəydi, bu maaşı ala bilməzdi. Bəli, fəal insanlar yararlandı. Onlar üçün dünən də belə idi. Bu gün də belədir, sabah da belə olacaq.

-Bu, müəyyən qrup insanlar idi. Hamı neft qazma mühındisi ola bilməz ki. Hamı 5-6 min manat qazanmadı…

- Biz bu mühitin genişlənməsini təbii ki, arzu edirik. Ancaq bir layihə cəmiyyətə nə qədər verə bilər ki? Həqiqətən bəzən düşünürəm ki, cəmiyyət ölçü meyarını itirib. Deyir ki, bəs bizə neftdən bir şey çatacaq? “Sən bir hərəkət elə, Mustafa müəllim”. Azərbaycan tarixində ikinci belə bir müqavilə olmayıb. Bundan o tərəfi ancaq pomidor ixracımızdır. O da hardasa 150 milyon dollardır, mənfəət deyil, ancaq ixracdır. Mənfəətini hələ Şahin Mustafayev hesablayıb camaata açıqlamayıb.

- Bu kontraktın imzalanması ərəfəsində və ondan sonra da belə fikirlər səslənirdi ki, Azərbaycan baxımından daha sərfəli ola bilərdi. Yəni daha səfrəli şərtlərlə imzalamaq olardı? O cümlədən, sazişin Hasilatdan Pay Bölgüsü formasında imzalanması da tənqid olunurdu. Bunların əsası vardımı? O dövrd?ə Azərbaycan hökuməti özü üçün daha sərfəli şərtlərə nail ola bilərdimi? Çoxmu güzəştə getdik?

-Təsəvvür edin ki, oturub çox sakit deyə bilərik. Hamının əli mobil telefona çatır. Biz sizinlə mobillə danışırıq. 1994 -cü ildə isə insanlar bir- biri ilə əlaqə saxlamaq üçün telefon çəkdirməli idilər. Bunun üçün də 6 ay növbəyə dururdular. Ölkədə nə siyasətdə, nə iqtisadiyyatda heç bir yenilik yox idi. Elə bil Yəmən idi də. Ora kimsə gəlib, investisiya qoyub, daha yaxşı şərtlərlə müqavilə imzalayardımı?! Bax, sadəcə, onun cavabını istəyirəm.

- Bu sual həm də sizin cavabınızdır?

- Bəli. Mmaksimum nə mümkün idisə, Prezident Heydər Əliyev onu o dövrdə xarici şirkətlərdən aldı. Heç kəs də onu fikirləşmir ki, xariçi şirkətlər danışıqlardan imtina edirdilər…

-Niyə?

- Deyirdilər ki, Xəzərin statusu problemi var. Müqaviləni imzalayaq, status həll olunundan sonra müqavilə qüvvəyə minsin. Amma Xəzərin status ilə bağlı məsələ nə vaxt həəlini tapdı? 2018 -ci ildə. Ona görə də realist olub, həyata açıq gözlə baxmaq lazımdır. H.Əliyev hər kvartal konsorsiumla görüşürdü. Problem ancaq onun özü ilə birbaşa həll olunurdu.

- Yəni Prezident özü qarantiya olaraq çıxış edirdi?

- Bəli, belə də demək olar. Indiki vəziyyət olsaydı, inanmıram o müqavilə üzrə 15 il sonra ordan neft çıxardı, ya yox?! Ona görə də ağa -ağ, qaraya -qara demək lazımdır.

- Sazişin ayrıca qanun şəklində Milli Məclisdə təsdiqlənməsi vacib idimi? Buna səbəb nə idi?

- Buna səbəb o idi ki, xarici şirkət bura gələrək, investisiya qoyur. Bu investisiyasının geri qaytarılması üçün qarant almalıdır O qarantı kim verir? Ayrı-ayrı şəxslər sonadək qarant ola bilməz. Hələ sabit olmayan ölkələrdə heç.

- Yəni bu kontraktdan gözləntilərimiz tam olaraq özünü doğruldtdumu?

-Biz nəyi gözləyirdik ki? Böyük neftimizi çıxardaq və onu dünya bazarına əsas ixrac borumuzla ixrac edək, ordan gəlir əldə edək. “Əsrin müqaviləsi”nə görə, Azərbaycan 80 faiz mənfəətə 2016 -cı ildə çatmalı idi. Azərbaycan isə 2008-ci ilin ikinci rübünün sonunda əsas mənfəətin 80 faizinə çatdı. Bundan sonra necə deyə bilərik ki, bizə bu müqavilənin xeyri olmadı?!

- 80 fazi mənffət deyəndə, nəyi başa düşək? Bunun açması nədir?

- Açması odur ki, 2005- ci ilin rəqəmlərinə baxsaq, əvvəllər müqavilə üzrə Azərbaycan 30- 35 milyard, ondan sonra isə 55- 60 milyard mənfəəti almağı gözləniyirdi. Amma 2019-cu ildə Azərbaycanın dövlətə çatan payının mənfəəti 143. 3 milyard oldu.

- Bəs bu 143 milyardın - “Əsrin kontraktı”nın Azərbaycan iqtisadiyyatı üçün mühüm nəticələri nə oldu? Bazar iqtisadiyyatı yarada bildikmi?

- Bazar iqtisadiyyatını məhz 1995- ci ildə “Əsrin müqaviləsi” icra olunanda iqtisadi burnumuzla hiss elədik. Sosialist modeli ilə Qərb modeli arasında hədləri burda qırmağa başladıq. Əsrin müqaviləsi əsasında gələn gəlirlərin müqabilində gördük ki, Qərb modeli necə effektiv işləyir. Dənizdə olmasına baxmayaraq, iqtisadiyyata milyardlarla vəsait qazandıra bilər.

- Yaxşı, bəs kontraktın 2050-ci ilə qədər müddətinin uzadılması Azərbaycana nə qazandıracaq?

-Azərbaycana yenə də əlini ağdan qaraya vurmur, elə bil obyektini icarəyə verib. Oturub çayını içir, pul da gəlir. İlinə 7- 10 milyard. Novruz Məmmədov ayağını ayağının üstünə aşırıb, pul da gəlir, o da xərcləyir (gülür).

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »