Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş baş nazirin bacısını qaçırmaq istədilər
Qazax baş nazirin bacısı

Qazaxıstanın Pavlodar şəhərində naməlum şəxslər keçmiş baş nazir, indi isə Şərqi Qazaxıstan vilayətinin qubernatoru olan Danial Axmetovun bacısı Gülfaz Aubanovanı qaçırmağa cəhd ediblər.

Bu barədə "Atameken biznes" kanalı xəbər yayıb.

Polisdən verilən məlumata görə, Aubanova sentyabrın 18-də naməlum şəxslərin "ona qarşı zorakılıq tətbiq etdiyi" barədə hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. EADaily yazır ki, qadın onların əlindən qurtulmağa müvəffəq olub.

Bu iş üzrə istintaq "Qaçırma" maddəsi ilə aparılır. İstintaqçılar qaçıranların motivlərinin bir neçə versiyasını nəzərdən keçirirlər.

Onlar ya girov tələb etməyi planlaşdırıblar, ya bu, bizneslə bağlıdır, ya da adi məişət münaqişəsidir.

Gülfaz Aubanova vaxtilə Pavlodar viyalətinin səhiyyə sektorunda rəhbər vəzifələr tutub. Hazırda regional diaqnostika mərkəzini, habelə bir özəl klinikanı və özəl xəstəxananı özündə birləşdirən tibbi holdinqin qurucusudur. İxtisasca həkim və iqtisadçıdır. G.Aubanovanın qardaşı Danial Axmetov Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı silahdaşıdır. 2003-2007-ci illərdə respublika hökumətinə rəhbərlik edib, 2007-2009-cu illərdə isə Müdafiə naziri olub. (virtualaz.org)

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Kəbirə Məmmədova satıcılardan işləmədikləri ayların pullarını tələb edir
››› Qarabağdan danışmaq yasaqlanır?..
Son xəbərlər
Bütün xəbərlər »