Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rafael Cəbrayılov: “Mənə qarşı ləkələmə kampaniyası aparılır”
Millət vəkili Rafael Cəbrayılov son günlər kütləvi informasiya vasitələrində özü və qardaşları haqqında yayılan məlumatlara fikir bildirib.

Millət vəkili “Bizimyol.info”-ya deyib ki, son dövrlərdə ona qarşı iyrənc ləkələmə kampaniyası gedir: "Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir".

Millət vəkili bildirib ki, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır: "Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacam".

R.Cəbrayılov özü və qardaşları haqqında yayılan məlumatlara görə təəssüfləndiyini bildirib: "Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm."

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »