Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda taksi sürücüsü əks yola çıxıb qəza şəraiti yaratdı – Video

Paytaxtın Azadlıq prospektində əks yola çıxaraq digər sürücülər üçün qəza şəraiti yaradan avtomobilin sürücüsü kameraya düşüb.

Bizimyol.info xəbər verir ki, 99 CF 462 dövlət nömrə nişanlı avtomobilin sürücüsü axının əksinə hərəkət edir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü qaydaları kobud pozaraq əks yola çıxıb və qarşıdan gələn avtomobilin hərəkətinə mane olur.

Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarda 327-ci “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” maddəsinin 2-ci bəndində qeyd edilir: 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 3 bal, 60 manat cərimə nəzərdə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »