Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Qənizadə: “Ölkədə vətəndaş müharibəsi gedirmiş, əxlaqımız zorlanıb” - Foto

Sentyabrın 19-da “Boulevard Hotel”də “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi Masa keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirə hüquq müdafiəçiləri, QHT və KİV nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Mili Məclisin deputatı Çingiz Qənizadə sosial şəbəkələrdə son günlər həddən artıq söyüş, böhtan və əxlaqa zidd xarakterli materialların yer almasının yolverilməz olduğunu söyləyib.

“Son zamanalr müxtəlif sosial şəbəkələrdəki trollar, xaricə mühacitə getmiş soydaşlarımız ordan burdakı insanların ünvanına hədyan səsləndirirlər. Bu söyüş dolu videoçarxları onların övladları, ana- bacıları da izləyir. İqtidarı söyənlərlə müdafiə edənlər arasında söyüş müharibəsi gedir. Əslində iqtidarı müdafiə edənlər də qarşı tərəfi ağlagəlməz ifadələrlə təhqir edirlər. Ölkədə sosial şəbəkələrdə vətəndaş müharibəsi gedir. Əxlaqımız zorlanıb. Bunun qarşısını almaq lazımdır. Demokratiya çox olanda baş gicəllənir, bizdə də bu baş verib”.

İlhamə Rəsulova

Bizimyol.info

 

Son xəbərlər
Bütün xəbərlər »