Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur bloqer öz ölümünü lentə aldı - Foto

“TikTok” ulduzu, bloqer Danial Xan avtomobil qəzasında həyatını itirib.

Bizimyol.info xəbər verir ki, hadisə Pakistanın İslamabad şəhərində baş verib.

Sükan arxasında canlı yayım edən bloqer avtomobili yüksək sürətlə hərəkət etdirərkən idarəetməni itirib və qarşıdakı yük maşınına çırpılaraq aşıb.

Hadisə zamanı maşında olan dörd nəfərdə üçü hadisə yerində həyatını itirib. Bir nəfər xəstəxanaya çardırılsa da, həkimlər onun xilas edə bilməyiblər.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, qəzada həyatlarını itirənlər 20-22 yaş arası gənclər olub.

Qeyd edək ki, Xanın “TikTok”da 200 minə yaxın izləyici var idi. O, öz ölkəsində məşhur bloqer sayılırdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »