Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin fotosu ölkəni qarışdırdı

Kanadanın Baş Naziri Castin Tryudo 18 il öncə paylaşdığı şəkilə görə üzr istəyib.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, şəkil özəl məktəbin "party"sində görüntülənib.

Belə ki, Castin Vankuverdə yerləşən "West Point Gray" özəl məktəbində təşkil olunmuş şənliyə bütün bədənini örtən qara qrim və ağ paltarlada qatılıb. Castin burada müəllim işləyib.

İllər sonra şəkli üzə çıxaran "Time" jurnalı Castinin qara qrim çəkərək, cizgi film qəhrəmanı Ələddinin ağ paltarını geyindiyini qeyd edib. Şənliyin əsas mövzusu da elə "Ərəb gecələri" olub.

Baş nazir hazirda peşmandır. O, keçmişdəki bu addımının irqçiliklə bağlı olduğunu etiraf edib və çox peşman olduğunu bildirib: "Bu şəkli paylaşmazdan öncə bir daha düşünməliydim".

Kanada müsəlmanları isə illər sonra ortaya çıxan bu şəkli birmənalı qarşılamayıb. Onların lideri Mustafa Faruk çox məyus olduğunu bildirib: "Baş naziri bu halda görmək bizi çox kədərləndirdi. Bu şəkildəki qrim bizə irqçiliyin hər yerdə yayıldığı vaxtları vaxtları xatırlatdı".

Kanada İcmalar Palatasının nümayəndəsi Endryu Şır isə şəklin 2001-ci ildə də , bu günki gündə də irqçiliyin baris nümunəsi olduğunu deyib: "Bu gün Kanadalıların qarşısına düzgün qərar verə bilməyən adam çıxıb. Bu insan ölkəni idarə edə bilməz!"

Demokratik Partiyanın lideri Sih Caqmit şəkli "alçaldıcı" adlandırıb: Qara qrim çəkib şəkil paylaşmaq insanların kimliyini və yaşayışını ələ salmaq deməkdir".

Şəklə öz münasibəti bildirənlər sırasında Yaşıl partiyanın lideri Elizabet Mey də var. O, öz twitter səhifəsində paylaşım edərək şoka düşdüyünü vurğulayıb.

Qeyd edək ki, mərhum baş nazir Pyer Tryudonun oğlu Castin Tryudo ikinci dəfə nazir seçilmək üçün çalışır.

Xatırladaq ki, Castın Kanadanın irqçilik mövzusuyla gündəmə gələk ilk rəsmisi deyil. Daha öncə Vinciniya qubernatoru Ralf Notrem də özünü Maykl Ceksona bənzədib. Lakin o, 1984-cü ildə Tibb məktəbində çəkilən şəklin irqçiliyə toxunduğu qəbul etməyib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »