Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” “Sevilya”ya məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizin yeganə təmsilçisi "Qarabağ" da qrupda ilk matçına İspaniyanın "Sevilya" klubunu qəbul edib.

Oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Lakin fasilədən sonra "Sevilya" təzyiqi artıraraq istəyinə çatıb. İspanlar ardıcıl üç qol vuraraq "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Avropa Liqası

A qrupu

19 sentyabr

"Qarabağ" - "Sevilya" - 0:3

Qol: Çiçarito, 62, Haddadi, 78, Torres, 85

Son xəbərlər
Bütün xəbərlər »