Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır

Abşeron rayonunda 9 yaşlı qızı avtomobil vurub.

Oxu.Az xəbər verir ki, Masazır qəsəbəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Brilyant" restoranının qarşısında minik avtomobili 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

İkinci hadisə Binəqədi rayonunda baş verib.

Rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Mikayılova Səfurə Mirzə qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər hadisə isə Xətai rayonunda baş verib.

Minik avtomobili Neft Emalı Zavodunun yaxınlığında 1996-cı il təvəllüdlü İlyasova Xəyalə Əvəz qızını vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarının küt travması diaqnozu qoyulub.

Hər üç faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »