Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Konstitusiyası Hindistanda bütün icmaların bərabər hüquqlarını təmin edir- Hindistan səfiri
Hindistanın Cammu və Kəşmir ştatı ilə əlaqəli suallara cavab verən Hindistan səfiri B. Vanlalvavna Cammu və Kəşmirdəki vəziyyətin mənfi və yalnış qələmə verilməsi cəhdlərindən narahatlığını ifadə etdi. Səfir, Cammu və Kəşmirdəki vəziyyətin normallaşdığını qeyd edərək 6 avqust tarixindən indiyə kimi heç bir insanın həlak olmadığını və bir güllə belə atılmadığını təkrarən bildirdi.

Ştatdakı vəziyyətə dair məlumat verən səfir Cammu və Ladax regionundakı bütün məktəblərin və Kəşmir vadisindəki ibtidai məktəblərin 50 %-nin açıq olduğunu bildirdi. 196 polis məntəqəsinin əhatə etdiyi ərazilərdən 167-sində polis məntəqələri tərəfindən gündüz məhdudiyyətləri tətbiq olunmur. 22 rayon məhkəməsi fəaliyyət göstərməkdədir və tibbi dükanlar və xəstəxanalar bütün yerlərdə açıqdır. Əksər məscidlərdə insanların dini öhdəliklərini yerinə yetirməsinə maneçilik törədilmir. Cammunun bütün rayonlarında mobil telefon xidmətləri fəalliyyətdədir və Cammu və Kəşmirin 95 telefon mübadilə xəttindən 46-sı açıqdır.

370-ci maddənin bəzi müddəalarının ləğv edilməsinin məqsədinin Cammu və Kəşmirdə "etnik təmizləmə" aparılması və demoqrafik vəziyyətdə dəyişiklik yaratmaq olması haqqında Pakistanın iddialarına cavab verən səfir iddiaların əsassız olduğunu bildirdi və Cammu və Kəşmirin azlıqların hər hansı bir ştatda üstünlük təşkil etdiyi yeganə ştat olmadığını qeyd etdi. O, Hindistanda Nagaland, Meghalaya, Arunaçal Pradeş və Mizoram kimi Xristian cəmiyyətin və Pəncab kimi Sikhlərin üstünlük təşkil etdiyi ştatların olduğunu və belə qalmaqda davam etdiyini bildirdi. Səfir həmçinin, əhalinin dəqiq sayı və faizinə nəzər saldıqda Hindistanın müsəlman əhalisinin sayının 1951-ci il və sonuncu siyahıyaalmanın keçirildiyi 2011-ci illər müddətində 34 milyondan (ümumi əhalinin 9.8 %-i) 172 milyona (ümumi əhalinin 14 %-i) qədər artdığını qeyd etdi. O, Hindistanın icraedici, qanunverici, məhkəmə və silahlı qüvvələrində icra edilən ən yüksək vəzifələrə gəlməklə yanaşı, bütün icmaların hər sahədə siyasi, sosial, iqtisadi imkanlara sahib olmaq hüququnun Hindistan konstitusiyası tərəfindən bərabər təmin edildiyini bildirdi.

Son xəbərlər
Bütün xəbərlər »