Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi
Bıçaqlama

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan edilib.

Məhkəmənin hökmü ilə T.Qurbanov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2019-cu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Müsəlman ata xristianlığı qəbul edən qızını yandırıb
››› ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video
››› İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var
››› Qonşu ölkədə hər 4 nəfərdən 1-i virusa inanmır
Son xəbərlər
Bütün xəbərlər »