Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd olan Aprel döyüşçüsünə qarşı təzyiqlər var - Video

Aprel döyüşçüsü, Qarabağ müharibəsi əlili Kamil Musəvi 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürdüyü üçün ona təzyiqlərin olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kamil Musəvinin özü feysbuk səhifəsində bildirib.

“Deputatlığa namizədliyini verdiyim gündən məni sevənlər, mənə imza verənlər və mən təzyiqlərə məruz qalmışıq. Kimini işdən qovmaqla, kiminin isə qohumunu işdən qovmaqla hədələyirlər”,- deyə K.Müsəvi bildirib.

Qarabağ qazisi qeyd edib ki, ona qarşı təzyiqlərə Salyanın icra başçısı rəhbərlik edir: “Salyan rayonunun Kərimbəyli kəndində imza toplayarkən kənd sakinləri toplaşdılar, imzalarını verdilər. Mən oradan gedəndən sonra kənd icra nümayəndəsi sakinlərə deyib ki mənə imza və səs verməsinlər. Həmin kəndə qayıdarkən sakinlər icra nümayəndəsinin əleyhimə etdiyi çağırış barəsində mənə məlumat verdilər. Mən kənd icra nümayəndəsinə yaxınlaşıb onun demokratik seçkiyə maneə olmasının səbəbini soruşduqda, mənim əleyhimə çağırış etmədiyini bildirdi. Bu təzyiqlərin başında icra başçısı durur. Mənim namizədliyimin qeydiyyata alınmamasını istəyirlər”.

K.Musəvi onun tərəfdarlarına olunan təzyqilərlə bağlı məsul şəxslərin cəzalandırılmasını istəyir.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »