Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər bir ailədə narazılıq olur” - Fuad Qəhrəmanlıdan açıqlama

Xəbər verdiyimiz kimi AXCP sədr müavini Fuad əhrəmanlının qızı atasından imtina etdiyinə dair facebook hesabından paylaşım edib.

Bizimyol.info xəbər verir ki, Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun yazdıqlarının həqiqət olmadığını deyib.

Qeyd edək ki, Selcan öz facebook hesabından atasının ona və anasına qarşı şiddət etdiyinə dair paylaşım edib.

Paylaşımdan sonra Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını yazsa da, Selcan Yağmur canlı yayım açaraq atasının iddiasını təkzib edib. Bundan sonra Fuad Qəhrəmlı açıqlama yayıb ki, qızı sözügedən paylaşımı emisional gərginlik altında yazıb. O, bildirib ki, həbsdən əvvəl ailə daxilində yanlış anlaşmalar olsa da, bu mərhələni geridə qoyublar və həbsdə olduğu müddətdə həyat yoldaşı Zümrüd Yağmur onun ən yaxın dəstəkçisi olub.

Fuad Qəhrəmanlı həmçinin, qeyd edib ki, qızının formalaşma dövrü onun həbsdə olduğu müddətə təsadüf etdiyindən yanında ola bilmədiyi üçün bir sıra məsələlərdə fikir ayrılığı yaşayırlar. Selcanın bu paylaşımına səbəb kimi “Ondan qadın hüquqları ilə bağlı mövzuya yazdığı rəyi silməyini istəməsi olub”- deyə bildirib.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »