Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı

“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Türkiyə klubu səfərdə “Brügge” ilə heç-heçə oynayıb (0:0).

Bizimyol.info xəbər verir ki, Türkiyə milli komandasının oyunşusu olmuş Səlçuk İnan meydana çıxmayacağını öyrənincə özündən çıxıb. O, hələ qarşılaşmadan əvvəl heyətdə yer almadığını biləndə əsəblərini cilovlamağı bacarmayıb.

Yarımmüdafiəçi baş məşqçi Fatih Terimdən “niyə məni gətirdiniz?” deyə soruşub.

Səlçukun həyat yoldaşı çox ağır hamiləlik keçirir. Hətta Avstriyadakı təlim-məşq toplanışı zamanı Terimdən bir həftəlik icazə almalı olmuşdu. Belçikaya məhz oynamaq üçün gəlmişdi. Əks halda yenə icazə alacaqmış. İnan “həyat yoldaşımın yanında olmalıydım” ifadəsi ilə etiraz edib.

Son xəbərlər
Bütün xəbərlər »