Türkiyə ABŞ-la birləşərək Suriya ilə sərhəddə hərbi bazalar yaratmaq niyyətindədir.
Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Naziri Hulusi Akar bu addımla bölgədən terrorçuları uzaqlaşdıra biləcəklərini vurğulayıb: "Biz Fəratın şərqində hərbi bazalar tikəcəyik. Bunu etsək, terrorçular oradan uzaqlaşacaq və biz təmiz qələbə qazanacayıq. Bundan sonra dayanacağımızı düşünürsünüz?
Xeyr. Bizim məqsədimiz, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün sərhəd boyu ümumilikdə 30-40 kilometr uzunluğunda olan hərbi bazaları yaratmaqdır. Daha sonra isə ölkəmizdə məskunlaşan Suriyalıları öz ölkələrinə göndərəcəyik. Bu bazaları ABŞ-la birlikdə yaradacayıq".
"Hərbi bazalarının sayı ərazinin vəziyyətindən aslı olacaq. ABŞ bizə qoşulmasa, Türkiyə özü bu işin öhtəsindən gələcək" - deyə nazir "Türkiye" qəzetinə verdiyi müsahibədə bildirib.