Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada Putini qovmağa gedən şamanı yarı yolda həbs etdilər

Yakutiyadan Moskvaya piyada yola düşən şamanı Buryatiyada saxlayıblar. Rusiya prezidenti Vladimir Putini qovmağa getdiyini deyən Aleksandr Qabışevi həbs ediblər.

Bizimyol.info xəbər verir ki, şamana qarşı cinayət işi açılıb. Onu ən yaxın reyslə Yakutiyaya qaytarıblar.

Şamanla birlikdə yola çıxanlardan birinin danışdığına görə, onu həbs etməyə iki avtobus polis əməkdaşı gəlib. Qabışevin ekstremist təşkilat yaratmaqda ittiham olunduğunu bildirərək, onu Ulan-Ude istiqamətində aparıblar.

Şaman Moskvaya iki il sonra çatmağı planlaşdırırmış. Qabışev Tanrının ona Putini qovmağı əmr etdiyini bildirmişdi. Onunla yola 2-si qadın olmaqla 20 nəfər tərəfdaşı çıxmışdı.

Son xəbərlər
Bütün xəbərlər »