Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Profilim oğurlanmayıb" - Fuad Qəhrəmanlının qızı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmur profilinin oğurlanmadığını deyib.

Bizimyol.info xəbər verir ki, Fuad Qəhrəmanlının qızı Selcan facebook sosial şəbəkəsindən canlı yayım edərək profilinin oğurlanmadığını deyib

Qeyd edək ki, Selcan facebook hesabından atasının ailədə şiddət göstərdiyini, anasının barmaqlarını, onun dizini sındırdığı haqda paylaşım edib.

Fuad Qəhrəmanlı öz profilindən qızının hesabının oğurlandığı haqda paylaşım etsə də, qızı Selcan canlı yayım açaraq profilin oğurlanamadığını deyib.

Jurnalistlərdən kiməsə açıqlama verməyə vaxtı olmadığını deyən Selcan hazırda Holandiyada universitetdə dərsdə olduğunu və vaxt məhdudiyyəti yaşadığını bildirib. O paylaşdığı statusu dəfələrlə yazıb qaralamada saxladığını və sonda paylaşmağı qərara aldığını qeyd edib.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »