Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb

Günlərdir itkin düşən Rəhimzadə Samir tapılıb.

Bizimyol.info yerli KİV-ə istinadən xəbər verir ki, Samirin doğmaları onun itkin düşməsiylə bağlı polisə, eləcə də "Seni axtarıram" verilişinə müraciət edib.

"Səni axtarıram"ın əməkdaşları gəncin izi ilə Sumqayıta gedib çıxıb. Samirin ağır vəziyyətdə tapıldığı qeyd olunub. Günlərdir küçələrdə gəzib parklarda gecələyən Samir üfünət iyi verib və üzünü saqqal basıb. Kameranı görən Samir qaçmağa başlayıb. Atası və anası onu dilə tutaraq maşına minməyə razı salıblar.

Qeyd edək ki, atası Samirin son 1 ildə evdən çıxmadığını vurğulayıb: "O sadəcə evin içində gəzirdi, təhsilini də yarımçıq buraxıb".

Atası ondan niyə belə etiyini soruşanda, Samir dostları ilə arasında yaranan problem nəticəsində depressiyaya düşdüyünü etiraf edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »