Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsmayıllıda halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən şəxslər evə buraxılıb

İsmayıllı rayonunda kartof sahəsində halı pisləşdiyi üçün xəstəxanaya müraciət edən şəxslər artıq evə buraxılıb.

Bu barədə APA-nın yerli bürosuna İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, həmin şəxslərə təbii yardım göstərilib, vəziyyətləri normallaşdığından xəstəxanadan buraxılıb.

İlkin olaraq hadisənin qida zəhərlənməsi olduğu ehtimal edilir, digər ehtimala görə hadisə günvurma nəticəsində baş verib.

Xəstəxanadan isə dəqiq diaqnozun araşdırma aparılandan sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

AQTA-dan APA-ya bildirilib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

“Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”, - məlumatda qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »