Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə müraciət etdi - Valideynlərinin ölümünə görə həkimləri günahkar bilir

Vətəndaş Məmməd Əhmədoğlu Həmidov valideynlərinin ölümündə həkimləri günahkar bilir. O, Prezidentdə müraciət ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, vətəndaş valideynlərinin ölümündə Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovu və onun rəhbərliyi altında fəaliyyət göstərən həkimləri günahkar hesab edir. Məmməd Əhmədoğlu Həmidov müraciətində anası Simuzər Məmmədovaya yanlış diaqnoz qoyulmasını yazır. O, bildirir ki, anası yanlış diaqnozla infarktdan müalicə alıb. Daha sonra Mərkəzi Klinikada müayinə edildikdən sonra ağ ciyərlərinə su yığıldığı bilinib.

Lakin yanlış istiqamətdə gedən müalicələr xəsətənin vəziyyətinin daha da pisləşməsinə səbəb olub. Komaya düşən xəstə vəfat edib. Atası Əhməd Həmidovun da xəstəxanaya ayaqüstə müraciət etdiyi halda həkim səhlənkarlığı və xəsətəxananın reanimasiya şöbəsində lazımlı dərmanların yetərsizliyi ucbatından vəfat etdiyini yazır. Məmməd Əhmədoğlu eyni zamanda müraciətində baş həkim Elçin Həmidovun rəhbərliyi altında korrupsiya hallarının olduğunu qeyd edir.

Şəki Şəhər Mərkəzi Xəstəxanası

Müraciətdə qeyd edilən şikayətlərlə bağlı Şəki Şəhər Mərkəzi Xəsətənası ilə əlaqə saxladıq. Baş həkim Elçin Həmidovun məzuniyyətdə olduğu deyildi və müavini Sərxan həkim fikir bildirdi. Baş həkimin müavini Sərxan həkim Məmməd Əhmədoğlunun müraciətindəki iddialarla tanış olduğunu və heç birinin əsası olmayan, şər-böhtan xarakterli yazı olduğunu bildirdi: "Əgər belə bir iddiası varsa, sübut etsin ki, ona hansı dərmanlar aldırılıb. Mən özünə də izah etmişəm ki, Səhiyyə Nazirliyi tərəfindən bizə verilən dərman preparatlarının siyahısı xəstəxanın bütün şöbələrindən asılıb. Ola bilsin ki, onun valideyni üçün lazım olan preparatlar siyahıda olmayıb. Həyatı əhəmiyyətli olduğundan da özlərinə aldırılıb. Ümumilikdə isə siyahıda olan bütün dərmanlar xəstələrə ödənişsiz olaraq verilir".

Valideyninin müayinədən sonra pul ödənmədiyi üçün xəstəxanada saxlanılması faktına isə cavabında: "Azərbaycan Respublikasında inanmıram ki, hansısa dövlət xəstəxanasında belə bir hal baş versin".

Bizimyol.info

Şəki Şəhər Mərkəzi Xəstəxanası

Son xəbərlər
Bütün xəbərlər »