Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada və Azərbaycanda kollec təhsili nə deməkdir?- Təhsil eksperti cavablayır

Etiraf edək ki, böyük elm və fayda verib- verməyəcəyindən asılı olmayaraq ali təhsil almağa, diplom sahibi olmağa meyilli xalqıq.

Bu bir növ bizdə ailələr arasında yarış xarakteri alıb.Universitet oxuya bilməyənlər həvəslərini kolleclə öldürməli olurlar.Amma hələ ki, kolleclərin nüfuzu, onlara qoyulan o hörmət sadə xalq içərisində o qədər də yüksək deyil. Kollec ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.İlk kolleclər 13-cü əsrdə Böyük Britaniyada yaranıb. Böyük Britaniya, ABŞ və bəzi ölkələrdə kollec dedikdə orta təhsildən sonrakı üç təhsil forması nəzərdə tutulur- ali məktəb;orta ixtisas təhsili; orta təhsilin yuxarı səviyyəsi.

Azərbaycanda ilk kolleclər texnikumların bazası əsasında yaradıldı, daha doğrusu texnikumların adı dəyişdirilib oldu kollec. Kolleclər uzun müddət tələbə qıtlığı çəkdi. Bunun qarşısını almaq üçün yeni təhsil islahatlarımız kolleclərə demək olar ki, zorla tələbə yönləndirməsi etdi. Orta məktəbin 9-cu sinfini bitiriən zəif şagirdlərin attestat əsasında kolleclərə imtahansız qəbulu son illər kolleclərə üz tutanların sayında böyük artım yaranmasına gətirdi. Bu ildən isə kollec məzunlarının ali məktəblərə imtahansız qəbulu başladı. Bəs Azərbaycanda kollec təhsili dünya standartlarına cavab verirmi, kollec bitirənlərin diplomları işlə təmin olunmağa şərait yaradacaqmı. Bzimyol.info-nun müsahibi təhsil eksperti Kamran Əsədovdur.

Kamran Əsədov Kamran Əsədov

- Kamran müəllim, öncə istərdim Azərbaycanda və Avropada fəaliyyət göstərən kolleclərin fərqi barədə məlumat verəsiniz.

- Azərbycandakı universitetlər İngiltər, Fransa və Almaniyadakı kolleclərdən və hətta peşə təhsili müəssisələrindən zəifdir. Mən hələ bizim kolleclərlə onların kolleclərini müqayisə eləmirəm. Ayıb çıxır.Azərbaycanda pulsuz ali təhsil belə bahadır.

Gələk keyfiyyət məsələsinə. Keyfiyyətə təsir edən əsas amil maddi texniki baza və kadr potensialıdır. Düzdür, son illər çoxlu sayda peşə təhsili məktəbləri, kolleclər yaradıldı. Amma məsələ təkcə görüntüdə deyil.Tək vizual gözəlliklə iş bitmir. Gözəl restoranda yaxşı aşpaz yoxdursa qarşınıza yemək yox, zəhər gələcək.Bizim təhsil müəssisələrində hələ də köhnə kadrlar, köhnə iş üslubundan əl çəkməyən müəllimlər dərs deyirsə nə yenilik əldə etmək olar? Üstəlik kolleclərin dərs vəsaitləri də Sovet dövründən qalma vəsaitlərdir və yararsız vəziyyətdədir.Müəllimlərin sınaq imtahanları keçirilərkən kollec bitirib gələn müəllimlərin nəticələrinin ali məktəb məzunları olan müəllimlərdən qat- qat aşağı olduğu görünür.Son zamanlar keyfiyyət artımı ilə bağlı atılan ən yaxşı addımı mən subbakalavrların ali məktəblərə imtahansız qəbulu ilə bağlı qərarı hesab edirəm.Əvvəllər yüksək balla ali məktəblərdən kəsilənlər bir il itirib yenidən imtahan vermək itəyirdilər. İndi isə belə insanlar daha bir ili itirmək istəməyib kolleclərə üz tuturlar. İndi kollec çarəsizlik yox. çarə sayılır.Kollec diplomu almaq istəyənlərin sayı çoxalıb və bu tendensiya davam edəcək

- Bəs kollec məzunlarının işlə təmin olunması məsələsi nə yerdədir?

- Təhsilin davam etdirilməsi probemi kolleclərə axınla həll olundu. İndi qalıb işlə təmin olunmaq məsələsi.Hazırda kollec məzunları dövlət orqanlarında yalnız texniki və inzibati işlərdə işləyə bilirlər.Amma dövlət qulluğuna işə qəbul imtahanla keçirilirsə mütləq şəkildə təhsil fərqi qoyulmamalıdır. Yəni ali təhsil diplomu şərt kimi qoyulmasın. Amerikada bu belədir Kimin savadı və bacarığı çatır o ixtisası üzrə işlə təmin olunur.Elə insan var ki, diplomu yoxdur. Lakin bacarığı və həvəsi başqalarından daha üstündür. Belə insanları biz niyə kənarlaşdırmalıyıq? Buna görə mən hesab edirəm ki, dövlət müəssisələrinə işə qəbul qaydalrında dəyişiklik edilməldiir.Bundan başqa işə qəbul zamanı kollec məzunları üçün müəyyən kvota nəzərdə tutulmalıdır. 10 yer varsa bunun 3-ü kollec məzunlarına ayrılmalıdır həm də müsabiqədən kənar.

- Əlbəttə belə olmalıdır. Tələbə ödənişli əsaslarla kolleci oxuyur. İllik ödəniş haqqı 1000, 900 manat olan kolleclər var ki, bu Azərbaycan reallığı üçün az ödəniş deyil. Oxuyub qurtarır amma diplom tanınmırsa bu təhsil nəyə lazım oldu bəs?

- Cənubi Koreyada iş yerlərinin 25 faizi peşə təhsili və kolleclərə ayrılıb. Mütləq şəkildə. Bizdə isə heç ali təhsillə bağlı belə tələb yoxdur. Kolleclər əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdə acizdirlər. Çünki dərs deyən müəllimin özü bilmir ki, nə desin, özünün bu sahədən xəbəri yoxdur.Dərsliklər ciddi şəkildə problemdir.Maddi texniki baza çox aşağı vəziyyətdədir.

- Avropada və ABŞ-da çox nüfuzlu ailələin övladları, böyük şirkət rəhbərlərinin vəliəhdləri kollec məzunlarıdırlar. Bu ölkələrdə kolleclə universitet təhsili nə ilə fərqlənir?

- Fərq bundan ibarətdir - onlar ixtisasları bölüblər. Elə ixtisaslar var ki onu oxumaq üçün 4-5 il oxumaq lazım deyil, iki il kifayət edir. Məsələn turizmçilik, elektrik mühəndisi filan. Bunları verirlər kolleclərə, kollec sırf ixtisası üzrə kadr öyrədir. Müəllim, həkim , hüquq, elmi işlərdə çalışacaq insanlar isə universitet təhsilinə üz tuturlar.Bizdə eyni ixtisas kollecdə də var, ali məktəbdə də. Məsələn mühasibat uçotu. Kollec də bu ixtisası verir, ali məktəb də. İşə götürən də deyir “mən kolleci neynirəm, ali məktəb diplomu istəyirəm”. Halbuki seçim imkanı yaradılsa işə qəbul zamanı kollec məzunu əziyyət çəkməz. Kadr hazırlığı təhsil pillələrində bölünür. Avropanın etdiyi şey budur.Məsələnin kökü əmək bazarında bərabərhüquqlu işlə təmin etməklə bağlıdır. Avropada kollec bitirən birisi elmi işlə məşğul olmaq istəyirsə mütləq gedib o sahə üzrə universitet təhsili almalıdır. Lakin öz ixtisası üzrə işlə təmin olunanda onun diplomu universitet diplomuna bərabər hesab edilir.

- Amma bildiyimə görə məsələn Liverpul, Kembric kolleclərində tibb ixtisası da var

- Bəli var, lakin onlar həkim yox orta ixtisaslı tibb işçisi hazırlayr. Bu kolleclərdə illik təhsil haqqı 25 min dollar təşkil edir. Bazaları çox zəngin və müasirdir. Ona görə onların yetişdirdiyi tibb bacısı bizim həkimlərdən çox bilir.Eyni oyunçularla eyni oyunu oynayıb fərqli nəticə almaq olmaz. Bizim təhsil sistemi bunlara diqqət yetirməlidir.

Söhbət etdi: İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »