Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmişə xaricdə görməyə öyrəşdiyimiz mənzərə Bakıda - Video

Sürücülər yanğınsöndürən maşına yol verdilər.

Bizimyol.info xəbər verir ki, şəxsi avtomobillərin operativ nəqliyyat vasitəsinə yol verməsi sosial şəbəkədə maraqla qarşılanıb.

Bakıda çəkilən videogörüntüdən məlum olur ki, yanğınsöndürən maşınının xüsusi səs siqnalını eşidən kimi hər bir sürücü avtomobili sağa çəkib yol açır. Bununla da, yanğınsöndürən maşını dayanmadan, sürəti azaltmadan hərəkəti davam etdirir.

Qeyd edək ki, 2014-cü il Milli Məclisdə qanunvericiliyə edilən dəyişikliklərdən sonra təcili yardım, polis, yanğınsöndürən, eləcə də digər operativ nəqliyyat vasitələrinə yol verməməyə görə cərimənin miqdarı 60 manatdan 100 manata qaldırılıb.

Son xəbərlər
Bütün xəbərlər »