Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxaclar başlayan kimi yollarda təmir işlərinə də start verildi

Hə, dərslərin başlaması və paytaxt yollarında tıxacların yaranması ilə yol təmiri işlərinə də start verildi. Yay ərzində yollar boş ikən bu işlər niyə görülmürdü görəsən? Yoxsa yolların təmiri üçün lazım olan tikinti materillarından biri də sıxlıqdır. Mütləq ki, yollarda sıxlıq olmalıdır?!

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizimyol.info saytıa verilən məluma görə, Xətai rayonunda aşağıda adı çəkilən küçələrdə təmir bərpa işlərinə başlanılacaq. Bu aşağıdakı küçələrdir:

Aşıq Ələsgər küçəsi ,Mehmandarov küçəsi, Neapol küçəsi ,Aşıq Qurban küçəsi ,Levanovski küçəsi ,Mingəçevir küçəsi, Yavər Əliyev küçəsi .Üstəlik daha 11 küçədə- Məzahir Rüstəmov küçəsi; Qaçaq Nəbi küçəsi ,Əliağa Şıxlinski küçəsi; Oksigen küçəsi ,Natiq Əliyev küçəsi ,İzzət Orucov küçəsi , İnqlab İsmayılov küçəsi , Kamandar Əhmədov küçəsi , Abdulla Rəhimov küçəsi ,Yavər Əliyev küçəsi , Zeytun sovxozuna gedən yolda da təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xətai rayonunda vətəndaşların əsas istifadə etdiyi yollardır. Bakının əhali sayına və ərazisinə görə ən böyük rayonu olan Xətai rayonunda aparılacaq təmir işlərinin niyyəti və nəticəsi gözəl olacaq, amma o nəticəyə çatana qədər xeyli insan əsəblərini korlayacaq. Bəlkə başbilənlər tıxacları iqtisadiyyata təkan verən bir güc kimi görərək atırlar bu addımı? Tıxacda gözləməli olan şəxs artıq benzin yandırır, burdan benzinçi qazanır, avtomobili xarab olur, təmirçi qazanır, əsəbdən təzyiqi qalxır, şəkəri, ürəyi bir- birinə qarışır, burdan həkim qazanır, işə gecikdiklərinə görə maaşından kəsilir, burdan müdir qazanır, tıxac olan yollarda dilənmək daha asandı, dilənçilər də burdan qazanır. Küçələrdə maşın təkəri qaraldan, şüşə silən, gül satan işçi qrupunun da əsas iş yeri tıxaclardır, onlar da burdan qazanır, avtobusda ləngiyənlər son çarə olaraq tez çatmaq üçün taksilərə üz tuturlar, taksilər də burdan qazanır.

Üstəlik AAYDA alternativ yollardan istifadə edin desə də, elə o altenativ yolların özündə də təmir getdiyi üçün vətəndaş məcburdur ya helikopter, ya da dəniz yolundan istifadə üçün qayıq alsın. Bu da öz növbəsində yeni ticarət sahələrinin açılması deməkdir. Helikopter alan məcburdur paraşüt də alsın, qayıq alan məcburdur hava yastığı alsın. Qısası tıxac yollarımızda hərəkəti dayandırmır, yatmış sahələri işə salır. Tıxac demək tərəqqi deməkdir. Bütün millətlərə nümunəyik bu anlamda, özümüz özümüzü həm soyur, həm də doyuzdururuq.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »