Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ qazisi nazirliyin verdiyi maşından imtina etdi - Səs yazısı

Qarabağ müharibəsi əlili Həşimov Asif Gülverdi oğlu 28 may 2019-cu il tarixində dövlət tərəfindən ona verilən avtomobilin nasaz olduğunu iddia edib.

Bizimyol.info xəbər verir ki, A.Həşimov bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına telefon vasitəsilə bildirib.

Qarabag qazisi 1

Qarabağ qazisi deyib ki, maşın ona veriləndə təhvil-təslim aktına imza atmayıb: "Çünki nasaz avtomobilin təhvil-təslim aktına imza ata bilməzdim. Mənə verilən əlaqə nömrəsinə zəng edib işləməyən maşını nə üçün verdiklərini soruşdum, onlar isə servisə aparmağımı tövsiyə etdilər. Maşının yararsız olduğunu və zavoda geri qaytarmaq gərəkdiyini bildirdim. Yenə məhəl qoyan olmadı. Sadəcə hər gün biri zəng edir, yenə eyni sualları verib, məni hövsələdən çıxarırlar".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qarabağ müharibəsi əlilinə şikayəti üzrə ona dəfələrlə izah olunub ki, maşın qeyd olunan nöqsanların araşdırılması üçün “Xəzər” avtomobil zavodunun Bakı şəhərində yerləşən texniki xidmət mərkəzinə gətirməlidir: "Buna baxmayaraq A.Həşimov avtomobilin düzgün istehsal edilmədiyini bildirib və avtomobili texniki xidmət mərkəzinə gətirməkdən bügünə qədər imtina edib.

Vətəndaşla bugün yenidən əlaqə saxlanılıb və o həftə ərzində avtomobili xidmət mərkəzinə gətirəcəyini bildirib. Vətəndaşın təhvil-təslim aktına qol çəkmədiyi ilə bağlı iddiasına gəldikdə isə bildiririk ki, akt vətəndaş tərəfindən imzalanıb.

Məlumat üçün bildirək ki, sosial müdafiə tədbirlərinin bir istiqaməti də müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatına yönəlib. İndiyədək 6424 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il ərzində 600-ə yaxın avtomobilin bu kateqoriyadan olan şəxslərə verilməsi planlaşdırılır".

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »