Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır

ABŞ dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının təchiz edildiyi “Petriot” zenit-raket komplekslərinin bu ölkənin neft emalı zavodlarına hücum zamanı niyə işə yaramadığı haqda sualla üzləşib. Virtualaz.org xəbər verir ki, jurnalistlər bu haqda Pompeodan Səudiyyə Ərəbistanına gedərkən yolüstü soruşublar. Dövlət Departamentinin rəhbəri neft emalı zavodlarına hücumdan sonra yaranmış situasiyanı müzakirə etmək üçün Ər-Riyada yola düşüb.

Maykl Pompeo bildirib ki, belə sistemlər “dəyişkən uğurla” işləyir, yəni onların hədəfi yüz faiz dəqiqliklə vuracağına dair təminat yoxdur. “Hətta dünyanın ən yaxşı sistemləri belə hədəfləri həmişə vurmur”,-o bildirib. Dövlət katibi hücuma görə yenə İranı günahlandırıb.

Xatırladaq ki, husilərin məsuliyyəti öz üzərlərinə götürdüyü hücum nəticəsində Səudiyyənin ən iri neft emalı zavodu və neft yatağı işini dayandırıb. Bu ölkədə neft hasilatı bir neçə gün ərzində yarıdan çox azalıb. Ötən gün “Saudi Aramco” şirkəti hasilatı bərpa etdiyini açıqlayıb, nəticədə dünya bazarlarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

Rusiya prezidenti Vladimir Putin həmin hücumdan sonra ABŞ-ın “Petriot” sistemlərinin işə yaramadığına eyhamla Səudiyyə Ərəbistanına S-300 və S-400 zenit-raket komplekslərini almağı təklif etmişdi.

Bu arada Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi hücum zamanı istifadə olunan döyüş pilotsuz aparatlarının və raketlərin qalıqlarını jurnalistlərə nümayiş etdirib. Həmin qalıqların İran istehsalı olan dronlara və raketlərə aid olduğunu bildirib. Məsələn, qalıqlardan bir qismi İranın “Delta Wing” pilotsuz uçan aparatına aiddir.

Son xəbərlər
Bütün xəbərlər »