Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 gün əvvəl istifadəyə verilən metronun "Xətai" stansiyasında problem - Video

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) təmirdən sonra istifadəyə verilən "Şah İsmayıl Xətai" stansiyasının eskalatoru qəfildən tormozlayıb.

Bizimyol.info xəbər verir ki, bu gün səhər saatlarında hərəkətdə olan eskalator anidən dayanıb. Təlaş içində olan sərnişinlər pilləkənləri piyada qalxmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bizimyol.info-ya bildirib ki, eskalatorun üzərində plastik maddə qırıntıları düşüb: "Təmizlik işi aparıb, yoxlanılıb, yenidən eskalator işləyib. Orada mütəmadi nəzarət təftiş yoxlama var. Texniki normativlərin tələblərinə uyğun 1 ay, 3 ay və 6 aylıq dövrdə xüsusi nəzarət aparılacaq. Çünki yeni eskalator cəmi-cümlə bir neçə gündür sərnişin yükü altında işləyir".

Metropoliten rəsmisi deyib ki, təhlükəsizlik hər şeydən vacibdir: "Ona görə nəzarət daimi olacaq"

Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası 12 sentyabrda təmirdən sonra istifadəyə verilib.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »