Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin: "Üç gənc yazıçının AYB sədrliyinə iddiası məni çox sevindirir"

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında gənc yazarlardan Fuad Cəfərlinin, Tural Turanın və Emil Rasimoğlunun namizədliyini verəcəyini açıqlaması hələ də ölkə mətbuatında, ədəbi və ictimai çevrələrdə mövzu olaraq öz aktuallığını saxlamaqdadır.

Gənc AYB üzvlərinin bu addımı artıq bir aydan çoxdur ki, müxtəlif səpkili müzakirələrə səbəb olub.

Xalq yazıçısı Elçin APA-ya müsahibə verərkən mövcud məsləyə öz münasibətini bildirib.

Xalq yazıçısı sözügedən gənclərin addımını təqdirəlayiq hesab edib və onların sədrlik iddialarını müsbət qarşılayıb:

"- Mən bu yaxında mətbuatdan oxudum ki, üç gənc yazıçı Yazıçılar Birliyinin sədrliyinə namizədliyini vermək istəyir. Bu məni çox sevindirir. Mən o cavanları şəxsən tanımıram. Amma xoşuma gəlir. Cavan adamlardır, özlərini təsdiq etmək istəyirlər. Bunlara elə gəlir ki, sədr ola bilərlər. Niyə də olmasınlar? Yaxud da lap sədr olmayacaqlarını bilsələr də, protest əlaməti olaraq öz namizədliklərini irəli sürürlər. Burda heç bir pis iş görmürəm. Ancaq o biri tərəfdən Anarın da öz namizədliyini yenidən vermək hüququ var. Elə deyil? Əgər o, bu işi davam etdirmək istəyirsə, öz namizədliyini verirsə, burda da heç bir qəbahət yoxdur."

Son xəbərlər
Bütün xəbərlər »